Eldar Əzizovun Sumqayıt talanı

16-06-2015, 13:40           
Eldar Əzizovun Sumqayıt talanı
Qafqaz Xəbər Agentliyi bildirir ki,Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, sakinlərin “Alman parkı” adlandırdığı (Lüdviqshafen parkı) ərazi bir müddət əvvəl icra hakimiyyəti tərəfindən dağıdılıb. Qeyd edək ki, park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen(Almaniya) əlaqələrinin 20 illiyi münasibətilə şəhərin 9-cu mkr. ərazisində salınmışdır.

Vaxtilə bura təkcə istirahət edənlərin yox, həm də xırda ticarətlə məşğul olanların da qazanc yeri idi. Sakinlər də parkın bu vəziyyətdə olmasından narahatdır . Hazırda parkda yenidənqurma və təmir işləri aparılsa da parkın ətrafında fəaliyyət göstərən kafenin işçilərinin dediyinə görə artıq 3 gündür burada iş dayandırılıb. Elə biz özümüz də parkda olan zaman işin dayandığının şahidi olduq. Xatırladaq ki, vaxtilə parkın yerindən asılı olaraq hər metrin öz qiyməti var idi. İki hektarlıq ərazi “hərrac”a çıxarılmışdı. Park mərkəzə yaxın olduğundan obyekt yerləri yaxşı pula satılırdı.

Bildirlir ki,park bilərəkdən yararsız vəziyyətə salınmışdı. 2011-ci ildə Eldar Əzizovun Sumqayıta icra başçısı kimi gəlişindən sonra bu parkın dağıdılması daha da sürətləndirilildi və təyinatı da dəyişdirildi. Parkda 10-dan yuxarı kafe və çay evləri tikilərək sahibkarlara icarəyə verildi. Park uzun müddət kafe və restoran təyinatlı fəaliyyət göstərdi. Ağaclar kökündən kəsilərək yerində ictimai iaşə obyektləri tikildi. Ərazini gəzərkən parka bitişik çay evi, kiçik ticarət obyektləri ağır texnikanın vasitəsiilə sökülmüş vəziyyətdə idi. Yarıtikilmiş vəziyyətdə olan obyektlər də var idi. Ərazidə tikinti aparan şirkətdən bir nəfər də olsun tapa bilmədiyimiz üçün bu yarımtikililərin gələcəkdə necə fəaliyyət göstərəcəyi bizə qaranlıq qaldı. Ümid edək ki ərazidə yalnız əhalinin mədəni istirahəti üçün istirahət güşələri tikiləcək.
Sözardı: Bu şəhərdə parklardakı çoxillik ağacların kəsilərək yerinin satılması adi hala çevrilib. Şəhər sakinləri dəfələrlə mətbuat vasitəsi ilə etirazlarını bildirsələr də bu yaşıl soyqırıma “dur” deyən yoxdur. Bu alman dostluğu yox, məmur özbaşınalığıdır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.