Diqqət! Təhlükə! Bakıda yeni kontur fırıldaqçıları peyda olub

17-06-2015, 18:31           
Diqqət! Təhlükə! Bakıda yeni kontur fırıldaqçıları peyda olub
Diqqət! Təhlükə! Bakıda yeni kontur fırıldaqçıları peyda olub
Redaksiyamıza Bakı sakini tərəfindən şikayət daxil olub. Şikayət edənlər məlumat verirlər ki, bir neçə gündür onların mobil telefonlarına mesajlar daxil olur. Fırıldaqçılar öz mobil nömrələrindən hazır şəkildə olan mesajları istənilən nömrələrə yollayırlar. Mesajların mətni belədir: «Hörmətli abunəçi 050 869 55 02 nömrəli abunəçi sizin balansınıza 10 azn yükləmişdir». Mesaj qarşı tərəfə daxil olan ilk dəqiqədəfırıldaqçı dərhal zəng edərək yanlışlıq olduğunu, konturun geri qaytarılmasını istəyir. Bu mesajın mətni Azercell-in oxşar köçürmə sistemindəki mətnlə eyni olur. Bundan sonra sms-i alan vətəndaş «ödənilmiş pulu» geri qaytarmağa başlayır. Bunun üçün 9202 köçürmə sistemindən istifadə edirlər. Lakin sonradan balansından 10 azn çıxıldığını görən vətəndaşlar Azercell Müştəri Xidmətlərinə müraciət edirlər. Və bəlli olur ki, əslində fırıldaqçı nömrə heç kimə 10 azn köçürmür. Nəticə etibarilə də vətəndaşın balansından konturlar çıxırlır.
Dünəndən etibarən eyni nömrədən - 050 869 55 02 abunəçidən gələn sms-lərə aldanaraq konturları oğurlanan vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər. Hazırda həmin nömrə də aktivdir.
Şikayətçi sakinlər bu fırıldaqçıların qarşısının alınmasının mühim ictimai hadisə olduğunu vurğalyırlar. Bildirirlər ki, bu tendensiyada ictimai olaraq hər kəsi bilgiləndirmək, mətbuat vasitəsilə fırıldaq haqda hər kəsi məlumatlandırmaq lazımdır ki, qurbanların, aldadılmış vətəndaşların sayı artmasın.
Onu da əlavə edək ki, Azercell-in Müştəri Xidmətlərindən də bildirirlər ki, son günlər həqiqətən də bu fırıldaqla bağlı olaraq şikayətlər artır.
Şikayətçi vətəndaş günlərdir ki, sərbəst şəkildə dolaşan bu fırıldaqçının tezliklə cəzalandırılması üçün daxili işlər naziri, cənab Ramil Usubova da müraciət edir. Deyir ki, bunu özünə bir vətəndaşlıq borcu hesab edir və cənab prezidentin bu yaxınlarda ictimai nəzarətin gücləndirilməsi təşəbbüsləri haqda çağırışına kiçik də olsa əməl etmək istəyir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.