"Azəriqaz” İstehsalat Birliyi Suraxani Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazov məhkəmə qərarlarını saymır
19-06-2015, 13:23
Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
"Azəriqaz” İstehsalat Birliyi Suraxani Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazov və Suraxanı icra məmuru Rauf Hüseynov isə məhkəmə qərarını icra etməsələr də məsuliyyətə cəlb olunmurlar.Səbəbi?
Baki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasinın 28 Noyabr 2014-cü il tarixli Qətnaməsi ilə (Hakim: Məmmədov Məmməd Allahverdi oqlu) “Azəriqaz” İstehsalat Birliyi Suraxani Qaz İstismar Sahəsinin 74 k saylı, 30. 05. 2014- çü il tarixli Əmri ləğv edilmiş və mülki iş üzrə iddiaçı Naqiyeva Nərgiz Allahverdi qızının vəzifəsinə bərpa edilməsi və ona məçburi iş buraxmaya gorə əmək haqqi odənilməsiylə bağlı qərar qəbul edilmişdir. Qeyd olunan Qətnamə 2014-cü ilin dekabr ayından qanuni qüvvəyə minmişdir.
“Azəriqaz” İstehsalat Birliyi Suraxani Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazov və Suraxanı icra məmuru Rauf Hüseynov müxtəlif bəhanələrlə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmir.
“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxslərivə fiziki şəxslər üçün məcburidir. Məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olanlar qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddəsinə əsasən məhkəmə icraçısının qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə icraçısı məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir.
teref.az