Səlim Müslümovun işçilərinə rüşvət ittihamı - "...dəfələrlə müraciət etsəm də baxan yoxdur"

22-06-2015, 16:51           
Səlim Müslümovun işçilərinə rüşvət ittihamı - "...dəfələrlə müraciət etsəm də baxan yoxdur"
Şəki sakini Feyruz Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı ağır ittihamlar səsləndirib. JAM.AZ-a göndərdiyi şikayət məktubunda vurğulayıb ki, 1-ci qrup əlildir və yataq xəstəsidir.

Onun sözlərinə görə, bir ildir nazir Səlim Müslümova 100-dən çox müraciət ünvanlayıb. «Səlim Müslümova 100-dən artıq müraciət ünvanlamışam. Bildirmişəm ki, əlil olaraq mənə verilmiş avtombil yararsız vəziyyətdədir. Bir nəfər nümayəndə göndərsinlər. Ya maşını təmir edib versinlər, ya da yenisi ilə əvəzləsinlər».

Feyruz Əhmədov qeyd edir ki, nazirliyin saytını oxuduqda tərifdən başqa heç nə tapa bilmirsən. «Bunların hamısı reklamdır. Nazirlik heç bir iş görmür. Yaxşı, mən maşından ötrü Səlim Müslümova rüşvəti haradan tapıb verim?»

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.