AŞPA Azərbaycana seçki müşahidə missiyası göndərəcək

22-06-2015, 17:26           
AŞPA Azərbaycana seçki müşahidə missiyası göndərəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə qurumun sədri, xanım Ann Brassör jurnalistlər üçün ənənəvi brifinq keçirib.

APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA sədri Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədər Assambleyanın ölkəyə seçkiləri izləyəcək müşahidə missiyasının göndərməyi nəzərdə tutduğunu bildirib: “Biz Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyasının göndərilməsini nəzərdə tutmuşuq. Lakin müşahidə missiyasının bütün üzvlərinin ölkəyə girməsini istəyirik və bu haqda Azərbaycan tərəfinə öz fikrimizi bildirmişik. Bildiyiniz kimi, Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Ruke 2014-cü ildə qurumun Daimi Komitəsi və Bürosunun Bakıda keçirilmiş iclaslarında iştirak edə bilmədi. Bununla bağlı yekun mövqeyimizi Azərbaycan tərəfinin cavalarından asılı olaraq, avqustun 30-da Parisdə keçiirləcək növbəti iclasımızda bildirəcəyik ".

Qeyd edək ki, Fransanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Rene Ruke Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərinə rəsmi Bakının razılığı olmadan səfər etdiyi üçün onun adı qəbuledilməz şəxslər siyahısına daxil edilmişdi. Buna görə də Azərbaycanın Fransadakı səfirliyi ona viza verməkdən imtina etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.