“Ermənistan hökuməti yenidən elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərara baxmayacaq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Baş naziri Ovik Abraamyan çıxış edib.
Abraamyan həmçinin hökumətin aztəminatlı ailələrə də yardım edəcəyini deyib:
“Ermənistan prezidenti ilə məsləhətləşdikdən sonra biz 105 min aztəminatlı ailəyə veriləcək müavinətlərin illik bazada dəyərinin 24 min drama qədər (50 dollar) qaldırılacağını qərara almışıq. Tarifin qaldırılmasının nəticələrini yumşaltmaq məqsədilə hökumət hər il əhalinin təminatsız hissəsinə 2,5 milyard dram (5,3 milyon dollar) yardım edəcək”.