Yol Polisi İdarəsi reydlərə başlayıb- QANUNSUZ SƏRNİŞİN DAŞIMALARI İLƏ MƏŞĞUL OLANLAR CƏZALANDIRILIR

14-04-2017, 09:45           

Respublika Baş Dövlət Yol Polisi İdarəsi paytaxt və şəhərətrafı ərazilərdə qanunsuz sərnişin daşımalarına qarşı reydlərə başlayıb.
teref.az Trend-ə istinadən xəbər verir ki, reydlərə paytaxtın Yasamal rayonu ərazisində, “20 yanvar” metro stansiyasının qarşısından başlanıb.
Araşdırmalar zamanı Sumqayıtdan Bakıya qanunsuz sərnişin daşıyan onlarla marşut avtobusları aşkarlanıb. Məlum olub ki, həmin marşrut avtobusların əksəriyyəti standartlara uyğun olmadığı halda sərnişin daşıyır, sərnişinlərin həyatına təhlükə yaradır.
Qanunsuz sərnişin daşıyan avtobuslarda əsasən əlavə oturacaqların quraşdırılması, artıq sərnişin götürülməsi, nəqliyyat vasitəsinin istismara yararsız vəziyyətdə olması, avtobuslara yararsız şinlərin vurulması və sair faktlar aşkarlanıb. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırəlaraq cərimə meydançasına aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru