Azərbaycanda ətin qiyməti ucuzlaşdı –VİDEO

23-04-2017, 09:08           

"12 manata qədər bahalaşmış dana ətinin qiyməti düşür. Müxtəlif yerlərdə fərqli qiymətlər olsa da, ümumilikdə ətin qiyməti 1 manat, 1 manat 50 qəpiyə qədər ucuzlaşıb. Qəssablar yaxın vaxtlarda qiymətin daha da ucuzlaşacağını deyir”.

Strateq.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, qoyun və quzu əti də 1 manat ucuzlaşıb.

Bunun bir neçə səbəbi var. Əvvəla yazılıq ot yetişdiyindən artıq heyvanlar yem yemir, bu da heyvan sahibini yem xərcindən azad edir. Üstəlik, heyvan bazarında bolluq var.

Xatırladaq ki, ətlik heyvanlar daha çox Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayonlarından gətirilir. Heyvanın paytaxta qədər gəlib çıxması, həmçinin yol xərcləri nəzərə alındıqda ətin bir kilosu qəssablar üçün təxminən 9 manata başa gəlir.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 faiz isə xarici ölkələrin hesabına ödənilir.

Qəssablar deyir ki, dolların bahalaşmasına görə xaricdən gətirilən heyvanlar son vaxtlar azalıb. Dollar ucuzlaşarsa, ordan gətirilən heyvanlar da ətin daha ucuzlaşmasına səbəb olar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.