Azərbaycan yüksək gərginlikli kabellər ixrac edəcək

1-06-2017, 08:22           
Azərbaycan yüksək gərginlikli kabellər ixrac edəcək
Sumqayıt Texnologiya Parkı Avropa və Yaxın Şərq ölkələrinə yüksək gərginlikli kabellər ixrac etməyi planlaşdırır.

Bu barədə Trend-ə texnologiya parkındakı mənbə məlumat verib.

Sumqayıt Texnologiya Parkında hazırda 220, 330 və 500 kilovolt gərginlik üçün nəzərdə tutulmuş kabellər istehsal olunur. Yüksək gərginlikli kabellərin istehsalı üçün park ərazisində 130 metr hündürlüyündə qüllə inşa edilib.

Məlumatda o qeyd olunur ki, Azərbaycan 500 kilovolt gərginlik üçün nəzərdə tutulmuş kabel istehsal edən nadir ölkələrdən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru