Azərbaycanda kolbasa və sosiskaların tərkibi dəyişir - VİDEO

1-06-2017, 08:42           
Azərbaycanda kolbasa və sosiskaların tərkibi dəyişir - VİDEO
Ət məhsulları ilə bağlı standartlara dəyişiklik edilir.

teref.az "Xəzər TV”yə istinadən xəbər verir ki, milli standartlar beynəlxalq satandartlara uyğunlaşdırılır.
Bunun üçün ət məhsulları istehsalçılarının xahişi ilə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən işçi qrupu yaradılıb və milli standartlarda olan boşluqlar araşdırılıb.

Komitənin sözçüsü Fazil Talıblı bildirib ki, kolbasa və sosiskaların tərkibinə əlavələrin edilməsi onun saxlama müddətinin artmasınada səbəb olacaq.
Azərabaycanda istehsal edilən kolbasa və sosiskaların ixrac edilə biləcəyi ölkələr də məlumdur.

Standartlara edilən dəyişikliyin iyunun 15-nə kimi qəbul və tətbiq ediləcəyi gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru