Bakıda səfir yol qəzasına düşdü

12-06-2017, 22:35           

Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb.

Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu Atatürk prospekti 58 ünvanının qarşısında baş verib.

Səfirin idarə etdiyi “Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Audi” markalı avtomobillə toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru