Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

15-06-2017, 08:02           
Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib
Azərbaycanda dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları tədris prosesini kredit sistemi əsasında təşkil etməyə bilər.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edib.

Başqa sözlə, 2013/2014-cü tədris ilindən başlayaraq bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə, 2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasına şamil edilib. Dəyişikliyə əsasən bu Qaydalar artıq sadəcə, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə və AMEA-ya şamil ediləcək. Azərbaycanda müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları isə öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.