Bu gün Milli Qəəhrəman Mübariz İbrahimovun şəhadət günüdür
18-06-2017, 12:52

Mübariz İbrahimov
Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 18 iyun 2010-cu il tarixində gecə saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 18 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Tanrı ruhunu şad etsin!....AMİN!