MTN BANDASININ DAHA BİR ÜZVÜ ÖLKƏDƏN QAÇDI – Axtarış qərarı çıxarıldı

24-06-2017, 01:06           
MTN BANDASININ DAHA BİR ÜZVÜ ÖLKƏDƏN QAÇDI – Axtarış qərarı çıxarıldı
MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev, onun tabeliyində işləmiş Azər Mehdiyevin cinayət işi üzrə keçirilən məhkəmə zamanı zərərçəkmiş Xalıq Sadıqov isə ondan hədə-qorxu ilə pul alınmasında MTN əməkdaşı Ayaz Gərayzadənin rolu olduğunu bildirərək, onun dindirilməsi haqda vəsatət qaldırıb. Amma məlum olub ki, onun haqqında həbsli axtarış qərarı çıxarılıb.
Bu həmin Ayaz Gərayzadədir ki, “Texnikabank”ın Eldar Mahmudovun bandası tərəfindən ələ keçirilməsindən sonra MTN-dən həmin banka “ezam edilib”, “Texnikabank”ın təhlükəsizlik xidmətinin rəhbəri olub. Onun adı daha bir neçə cinayət epizodunda keçir və indi belə məlum olur ki, Gərayzadə hansısa yolla ölkəni tərk edib. Əks halda onun barəsində həbsli axtarış qərarının çıxarılması baş verməzdi.

MTN bandasının üzvləridən indiyəcən təkcə “Akula Akif” qaçmağa nail olmuşdu. O, İspaniyada İnterpol tərəfindən saxlanılsa da daha sonra sərbəst buraxılıb, bəzi məlumatlara görə Moskvadadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru