Xətai rayonunda "yaşıl soyqırım" davam edir VİDEO

13-07-2015, 00:50           

Bakı şəhəri Məhəmməd Hadi 41-də yaşayan sakinlər həyətlərindəki 40 illik ağacların kəsilməsinə və uşaq meydançasının dağıdılmasına etiraz edirlər.

Azadlıq Radiosu xəbər verir ki, burada Qarabağ əlilləri üçün bina tikilməlidir. Sakinlərsə «Bəs bizim uşaqlar harda oynasınlar, özümüz harda dincələk» deyə sual edirlər.

«O gün gəliblər ki, Qarabağ əlilləri üçün ev tikirik. Sevil massivində tiksinlər. Niyə burda tikirlər? İki min ailənin nəfəs alan yeridir. Parkda uşaqlar üçün şərait yaratmışdıq. Hamısını qırıb dağıdıblar. Heç bir qurum da şikayətimizə baxmır»

İyulun 10-da polis əməkdaşları etirazlara baxmayaraq ağacların bəzisini çıxarıb, uşaq yelləncək və sürüşkənlərini isə qırıb dağıdıb.

Durum təkcə böyükləri deyil, elə uşaqları da narahat edir.

- Mən dostlarımla burda əylənirdim, yelləncəkdə yelənirdim. Bizə imkan vermirlər.

- O gün gəldilər, qadınları yıxdılar. Buraları dağıtdılar.

Qeyd edək ki, məsələ ilə bağlı rəsmilər hələlik heç bir reaksiya verməyib.
[media=https://www.youtube.com/watch?v=1_quoDTHK_k]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.