Bayıl yamacında sürüşmə oldu

20-07-2017, 09:04           
Bayıl yamacında sürüşmə oldu
Bu gün saat 20:45 radələrində Bayıl yamacında sürüşmə hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov, Səbail rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Yaşayış evlərinə ziyan dəyməyib. Məlum olub ki, ETSN bir neçə ildir Bayıl yamacında yaşıllaşdırma işləri aparır. Orada çoxlu ağaclar əkilib. Ağacların sulanması zamanı diqqətsizliyə yol verilib və su kranı açıq qaldığı üçün əraziyə həddən artıq su axıdılıb.

Nəticədə ərazidə ardıcıl iki dəfə sürüşmə hadisəsi baş verib. Bu səbəbdən sakinlərin istifadə etdiyi torpaq yolu, üzü Şəhidlər Xiyabanına qalxan yol bağlanıb. Hazırda ərazidə fəhlələr işləyir, yola tökülən torpaq təmizlənib və əlavə mühafizə tədbirləri görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru