Taksi sürücüsündən qadın müştəriyə qarşı əxlaqsızlıq - Bakıda - VİDEO

31-07-2017, 09:46           

Sürücü şirkətdən taksi sifariş edən qadına görün nələr yazıb
Şirkətdən taksi sifariş edən qadın sərnişinə sürücü sonradan zəng vuraraq onunla tanış olmaq istəyib. Sürücü xanımın vatsap nömrəsinə yazaraq ondan xoşu gəldiyini və tanış olmaq istədiyini bildirib. Ancaq xanım buna etirazını bildirərək onu narahat etməməsini deyib. Hadisə Bakıda olub.Taksi şirkətlərinin birində işləyən sürücü müştərini ünvana apardıqdan sonra mesaj yazmağa başlayıb. Sonradan xanım müştəri sürücü ilə olan yazışmanı sosial şəbəkələrdə paylaşaraq qadın istifadəçiləri belə məsələlərdə diqqətli olmağa çağırıb.Təbiiki sosial şəbəkədə paylaşılan bu fotoda istifadəçilərin narazılığına səbəb olub.
Elə şəhərdə xanımlar arasında apardığımız sorğu zamanıda belə halla qaraşılaşnların olduğunu gördük.
Hüquqşunas Xəyal Bəşirov deyir ki,əgər sürücü mütamadi olaraq vətəndaşı narahat edərsə o zaman həmin sürücü inzibati qaydada cəzalandırla bilər.
Belə halla qarşılaşan qadın müştərilər polisə müraciət eliyə bilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru