Aytən 662 bal toplayıbmış - İcra hakimiyyətindən açıqlama

1-08-2017, 13:50           
Aytən 662 bal toplayıbmış - İcra hakimiyyətindən açıqlama
Zərdab rayon İcra hakimiyyəti 662 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbə ilə bağlı məsələyə aydınlıq gətirib.

İcra hakimiyyətindən AzNews.az-a verilən məlumata görə 662 bal toplayan Şirinova Aytən Şirin qızı rayonun Yarməmmədbağı kəndinin sakinidir:

"Hazırda bu məsələni araşdırırq. Bizə bu tələbənin problemi ilə bağlı müraciət olunmayıb".

Rayonun Yarməmmədbağı kənd orta məktəbinin direktoru Kamal Sultanov AzNews.az-a açıqlamasında bildirib ki, Şirinova Aytən Şirin qızı bu il ali məktəblərə qəbul imtahanı verib və o 650 deyil, 662 bal toplayıb:

“O, hələ ixtisas seçimi etməyib. Onun hansı ali məktəbə qəbul olacağı hələ ki, məlum deyil”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru