Ali məktəblərin boş qalan yerlərinə sənəd qəbulu aparılacaq - Avqustun 15-dən

1-08-2017, 13:55           
Ali məktəblərin boş qalan yerlərinə sənəd qəbulu aparılacaq - Avqustun 15-dən
Avqustun 15-dən ali məktəblərin boş qalan yerləri elan olunacaq və həmin yerlərə sənəd qəbulu aparılacaq.

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu proses avqustun 15-dən 19-dək həyata keçiriləcək.

M. Abbaszadə deyib ki, boş qalan yerlər üzrə nəticələr avqustun 20-də elan olunacaq: “Həmin yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 22-dən 31-dək ali məktəblərə aparılacaq. I mərhələdə abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə avqustun 15-dən 25-dək həyata keçiriləcək”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru