İstirahət mərkəzində pomidor çığırtması 42 manatdır - Antisanitariya, bahalılıq, ləng xidmət...

1-08-2017, 14:10           
İstirahət mərkəzində pomidor çığırtması 42 manatdır - Antisanitariya, bahalılıq, ləng xidmət...
Bəstəkar-müğənni Murad Arif istirahət zonasında pomidor çığırtmasına 42 manat ödəyib.

AzNews.az xəbər verir ki, müğənni öz ailəsi ilə birlikdə Quba-Qəçrəş yolunda yerləşən istirahət mərkəzlərindən birində olub və oradakı qiymətlərin baha olduğundan gileylənib:

“Quba-Qəçrəş yolunda bir ailə üçün 42 manatlıq pomidor... Azərbaycan ən qeyri-mümkün mərasimləri, "Oskar", "Grammy", lap ABŞ prezidentinin inaqurasiyasını da keçirsə, bu servislə ölkəmizdə turizmin inkişafı olmayacaq. Son 2 həftədə 3-4 bölgəni qarış-qarış gəzirəm. Adamlar (sahibkarlar) rəsmən rəqabət aparmır. Müştərini qazanmaq həvəsi sıfır səviyyəsindədir. O həvəs haradan yarana bilər ki?! Rayondan bir "böyük" adam ərazini zolaq-zolaq zəbt edir. Obyektlərə də qohum-əqrəbasını müdir qoyur. Məkanlar nə səviyyədə işləyir işləsin, əsas odur ki, ərazi onundur”.

Sənətçi bildirib ki, istirahət mərkəzlərində antisanitariya baş alıb gedir:

“Antisanitariya, bahalılıq, zəif, ləng xidmət, nəticəyə uyğun olmayan qiymətlər…Baxıram ki, təbiətimizi Allah gözəl qələmiylə çəkib. Nə olsun? Qədrini bilməməkdəyik".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru