Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub

2-08-2017, 09:34           

Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub.

Trend-in məlumatına görə, 2016-cı ildə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub.

Zorakılıq cinayətlərinin çoxu qəsdən sağlamlığa zərər vurma ilə bağlı olub. Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub.

Qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti nəticəsində zərərçəkən 77 nəfərin 57-si, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətindən zərərçəkən 812 nəfərin 660-ı (onların 1 nəfəri yaşı 18-dək olan qız olub) qadın olub.

Ötən il qəsdən adam öldürmə cinayətindən zərərçəkən 55 nəfərin 33-ü, adam öldürməyə cəhd cinayətindən zərərçəkən 22 nəfərin 18-i, adam öldürmə həddinə çatdırma halında isə zərərçəkənlərin 3-ü də qadın olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru