Məcburi köçkün polis özbaşınalığına görə İlham Əliyevə müraciət etdi-ŞİKAYƏT
2-08-2017, 10:02

Redaksiyamıza Laçın rayonun sakini, Şəki rayonunun Çələbi xan küçəsi köçkünlər qəsəbəsində müvəqqəti məskunlaşmış Hüseynov Maarif Nürəddin oğlu tərəfindən şikayət mıktubu daxil olub.Məcburi köçkün Maarif Hüseynov mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət ünvanlayır.
"Cənab Prezdent mən bu ərizə ilə sizə yazıb bildirirəm ki, Daxili İşlər Nazirliyinin Şəki Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Səfiyev Seymur Surxay oğlu vətəndaşlarla prinsip apararaq qanunsuz protokollar tərtib edir, cərimələr yazdırır. Polis əməkdaşı Seymur Səfiyev mənə məxsus minik avtomobilini saxlayıb, mənə böhtan atıb ki, sən içkili vəziyyətdə maşını idarə edirsən. Bölmənin başqa bir əməkdaşı Vüqar Məmmədovda mənə sərt iradlar tutub, kobud hərəkətlər edir. 1992-ci ilin may ayında erməni təcavüzü nəticəsində hüquqlarımız pozuldu,təəsüflər olsun ki, Şəki Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı Seymur Səfiyev və Vüqar Məmmədov da burada hüquqlarımızı tapdaladılar.
Cənab Prezdent! sizdən xahiş edirəm saxtakarlıqla məşğul olan polis əməkdaşları Seymur Səfiyevin və Vüqar Məmmədovun barəsində qanunu tədbirlər görüb onların qanunsuz fəaliyyətlərinin araşdırılıb polis orqanlarından xaric edilməsinə tapşırıq verəsiniz.
RegionXeberleri.com