Şamaxıda aksiya: 100-ə yaxın sakin ayağa qalxdı

22-07-2015, 11:35           
Şamaxıda aksiya: 100-ə yaxın sakin ayağa qalxdı
Ötən gün Şamaxı rayonunda aksiya olub. Belə ki, rayonun Çıraqlı kəndinin 100-ə yaxın sakini, əsasən də qadınlar rayon İcra Hakimiyyətinə yürüş ediblər. Bu barədə rayon sakinləri JAM.Az-a məlumat veriblər.

Onların sözlərinə görə, rayonun Çıraqlı kənd sakinlərinin əsas tələbi rayondakı su problemi ilə bağlı olub: "Artıq bir neçə ildir ki, kənddə istər içməli, istərsə də texniki problemləri həll etmək üçün su yoxdur. Susuzluq isə isti yay günlərdində həm evlərdə suya olan ehtiyacın həllini, həm də əkin sahələrinin suvarılmasını mümkünsüz edib".

Sakinlər bildirirlər ki, onların şikayətini dinləyən olmayıb. Baxmayaraq ki, problemlə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət ediblər. Əlacı kəsilən sakinlər növbəti aksiyaya qədər müəyyən addımlar atmağı, xüsusən də ölkə rəhbərliyinə müraciət etməyi düşünürlər.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev Milli Mətbuatın 140 illiyi ilə bağlı keçirdiyi görüşdə məmurların özbaşınalığına da toxunub. Amma Şamaxı rayon icra hakimiyyətinin başçısı deyilən iradlardan nəticə çıxarmaq niyyətində deyil.

Yazıdakı iddalarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.