«Azərbaycanda bank sistemi faktiki olaraq məhv olur»

24-07-2015, 12:04           
«Azərbaycanda bank sistemi faktiki olaraq məhv olur»
«Azərbaycanda bank sistemi faktiki olaraq məhv olur»
Artıq ölkədə iri bankların bağlanması prossesi başlayıb. Mərkəzi Bank bu günlərdi Bank Avrasiya və Azərkredit-in lisenziyasını ləğv edib. Bir sıra banklarda rəhbərlik dəyişdirilir. Günay Bankda, Kapitalbank-da, Azərbaycan Beynəlxalq Bankında rəhbər dəyişiklikləri baş verib. Bu gün isə dünyanan məşhur reytinq şirkətləri Bank Techniyue-nin reytinqlərini ciddi şəkildə aşağı salıb. Manatın devalvasiyasından sonra ölkə banklarındakı probelmli kreditlərlə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Aşkarlanan faktlar ölkə iqtisadiyyatının Ümumi Daxili Məhsulunun böyük bir hissəsini əhati edir. Və bank sistemində yaşanan problemlər dərinləşməkdədir. Bəs bundan sonra prosseslər hansı məcrada inkişaf edə bilər. İqtisadçı ekspert Razi Abasbəylinin fikirincə bank sektorundakı böhran bir qədər də dərinləşəcək. «Azərbaycanın neftdən gələn gəlirlərinin həcmi sürətlə azalır. Neft Fonduna toplanan vəsaitlər proqnozlaşdırıldığından 40 faizə qədər azdır. Bu gün Azərbaycanın daxili bazarında iri ticarət sübyektləri faktiki olaraq ətalət halındadır. Avtomobil və mənzil bazarında passiv kapitalın həcmi 100 faizlik həddi keçib. Bazarda aparılan alqı-satqı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də azdır. Yüngül sənaye bazarında, xüsusən də məişət avadanlıqları, tikinti materialları bazarında ölü bir sükut hökm sürməkdədir. İstehlak kreditləri ilə bağlı vəziyyət acınacaqlıdır. Daxili ticarət dövriyyəsindəki bu passivlik, maliyyə böhranını bir qədər də dərinləşdirir. Nəticə etibarilə də valyutanın gəzişdiyi müstiəvidə, banklarda da ölü bir sükut yaşanır. Prosesin bu şəkildə hələ uzun bir müddət davam edəcəyi gözləniləndir. Ümimi ticarət dövriyyəsindəki bu ətalət bankların aktivlərini sürətlə azaldır. Hərəktsizlik bank sistemini sıradan çıxarır. Buna görə də banklarla bağlı böhran bir qədər də dərinləşə bilər» deyə həmsöhbətimiz bildirdi.
Razi Abasbəyli hesab edir ki, hökumət təcili olaraq antiböhran proqramını işə salmalıdır. Bazarda aqressiyanı azaltmaq üçün yumşaq və mərhələli islahatlara ciddi ehtiyac var. «Gömrükdə ciddi islahatlar həyata keçirilməlidir. Mərkəzi bank yerli banklarla bağlı tələblərinə yenidən baxmalı, sığorta sistemi, əmanət yığımları və istehlak kreditləri ilə bağlı qaydalar daxili bazarda aktivliyi artırmaq üçün xeyli mütərəqqiləşdirilməlidir» deyə ekspert bildirdi. Onun fikirincə təcili tədbirlər görülməsə bank sistemindəki böhran dərinləşəcək və bu Azərbaycanın beynəlxalq maliyyə reytinqinin ciddi şəkildə aşağı düşməsi prossesini sürətləndirə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.