Saatlı düzlərində Ziya Məmmədovun atılmış pulları - FOTOFAKT
28-07-2015, 11:41
Bir neçə il əvvəl Bakı şəhərinin müxtəlif ərazilərində tikilmiş və insanların heç bir maneə olmadan istifadə etdikləri yerüstü keçidlər son vaxtlar sökülərək yenidən qurulur. Guya keçid üçün daha rahat və daha əlverişli şərait yaradılır. Halbuki, buna ehtiyac yoxdur. Hamıya məlumdur ki, yerüstü keçidlərin sökülərək yenidən “qurulması” kimlərinsə maddi maraqlarının təmin olunmasına xidmət edir. Qoy olsun! Bəlkə kimlərinsə gözü müftə pullardan doydu.
teref.az Dia .az- a istinadən yazır ki,Bakıda yerüstü keçidləri yenidən quranlara demək istəyirik ki, yollarını Saatlı rayonuna da salsınlar. Rayonun Qırağlı kəndində tikilmiş və insanlara gözdağı olan yerüstü keçidə də baxsınlar. “Azəryolservis”in rəhbərliyinə xatırlatmaq istərdik ki, bu təşkilat tərəfindən tikilmiş yerüstü keçid Saatlı sakinləri üçün sanki xəyanətdir. Çünki bu keçiddən istifadə etmək insanlar üçün əsl təhlükə mənbəyidir. Qışda yerüstü keçiddən istifadə etmək barədə düşünməyə belə dəyməz. Çünki qarda, şaxtada və yağışlı havada heç kim həyatını təhlükə altına qoyub bu keçiddən istifadə etməyə can atmaz. Digər tərəfdən qar, şaxta buna imkan verməz. Çünki yerüstü keçidin bütün tərəfləri açıqdır. Yayda isə qızmar günəş yerüstü keçidin tutacaqlarını elə qızdırır ki, onlara əl vurmaq mümkün olmur. Bir sözlə, Saatlı rayonunun Qıraqlı kəndində tikilmiş yerüstü keçid insanlara xidmət yox, sanki xəyanət məqsədilə tikilib. Bu barədə dəfələrlə müraciətlər, kütləvi informasiya vasitələrində tənqidi məqalələr dərc olunsa da, Nəqliyyat Nazirliyinin rəhbərliyi hələ də vecinə almır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması dövlətin ali vəzifələrindən biridir. Məgər Saatlı camaatı Azərbaycan vətəndaşı deyilmi? Bəs niyə onlar üçün təhlükə mənbəyi olan bu yerüstü keçidlə maraqlanan yoxdur?
Son illər dövlət büdcəsini talamaq, külli miqdarda dövlət vəsaitini mənimsəmək bir sıra dövlət məmurlarının hobbisinə çevrilirb. Saatlı rayonunun Qıraqlı kəndində tilikmiş və heç kimin istifadə edə bilmədiyi yerüstü keçid külli miqdarda dövlət vəsaitini mənimsəmək üçün ən yaxşı vasitədir. Bunu həmin keçidə baxmaqla müəyyənləşdirmək o qədər də çətin deyil. Nəqliyyat Nazirliyinin və ya “Azəryolservis”in rəhbərliyi Bakıda əlverişli istifadəsi olan yerüstü keçidləri söküb yenidən “qurmaqdansa”, gəlib Saatlı rayonunun Qıraqlı kəndində insanlar üçün ciddi təlükə mənbəyi olan yerüstü keçidlə maraqlansınlar.