"Təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir" - Çingiz Abdullayev

2-11-2017, 19:17           
"Təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir" - Çingiz Abdullayev
Xalq yazıçısı Çingiz Abdullayev oxucuları ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, yazıçı çıxışı zamanı Azərbaycan təhsilində tüğyan edən rüşvətxorluq mövzusuna toxunub.

O qeyd edib ki, rüşvət alan müəllim fahişədən daha təhlükəlidir: "Ötən dəfə universitetlərdən birində qonaq idim. Dedim ki, təhsildə rüşvət yolverilməzdir. Hətta təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir. Hətta bilirsən ki, fahişəlik fahişənin işidir, ancaq rüşvət alanlar gələcəyimizin kökünü kəsirlər.

Çingiz Abdullayev deyib ki, auditoriyada bu sözləri deyəndən sonra bütün tələbələr öz rektorlarına baxıblar: "Bu sözləri deyəndən sonra gördüm ki, auditoriyada oturan 400 nəfər mənə baxmır, hamısı rektora baxır. Yazığım gəldi, o rektora".

Yazıçının bu sözləri alqışlanıb.

Həmin videonu təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=apxt7HZSUJY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru