10-cu sinif "ÜMUMİ TARİX" kitablarında daha bir biabırçılıq FOTOFAKT

2-11-2017, 22:25           

teref.az yazır ki, tarixçi alım Kərəm Məmmədov yazır ki, X sinif şagirdləri üçün azərbaycan və gürcü dillərində nəşr olunmuş "ÜMUMİ TARİX" kitablarında olan xəritələrdə Azərbaycanın tarixi təhrif olunub. teref.az Kərəm Məmmədovun statusunu və şəkilləri oxucuılara təqdim edir:
Əziz dostlar, Sizcə X sinfin rus dilində olan "Ümumi tarix" dərsliyindəki bədnam xəritə olan səhifənin məktəblərdən yığılaraq dəyişdirilib yenidən şagirdlərə verilməsi ilə problem həll olundumu? Əvvəla, o xəritənin götürüldüyü internet resursu bəllidir. Buyurub baxa bilərsiniz (Şəkil 1)
https://dic.academic.ru/pict…/…/files/82/RomanEmpire_117.svg
İkincisi, Azərbaycan və gürcü dilində olan dərsliklərdəki xəta daha qorxuncdur. Əgər Albaniyanın xəritəsinə baxsaq (Şəkil 2) və haqqında danışılan bədnam xəritəyə baxsaq,o zaman məlum olur ki,Albaniyanın Kürdən cənubdakı torpaqları b.e.-nın 116-cı ilində guya Roma imperiyası tərkibinə "daxil" imiş ))) (Şəkil 3). Müəyyən vaxtlarda Albaniyanın bəzi əyalətlərinin işğalı haqqında oxumuşuq.Lakin indiyə qədər, Albaniyanın Kür çayı sərhəd olmaqla "parçalanması" haqqında hələ heç bir mənbədə rast gəlinməmişdir! "Kürə qədər" ərazi iddiasının hansı etnosa "məxsus" olması ideyası hamımıza AYDINDIR! Azərbaycan və gürcü dillərində nəşr olunmuş X sinif "Ümumi tarix" dərsliyindəki xəritədə Kürdən cənubdakı torpaqların Albaniyaya məxsus olmadığı göstərilir!
X SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN AZƏRBAYCAN VƏ GÜRCÜ DİLLƏRİNDƏ NƏŞR OLUNMUŞ "ÜMUMİ TARİX" KİTABLARINDAKI BU XƏRİTƏLƏRİN DƏ DƏRHAL YIĞIŞDIRILMASI MƏQSƏDƏUYĞUNDUR !!!















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.