AYB də " Adın azadlıqdır " kitabının təqdimatı keçirildi
2-11-2017, 22:51

Bu gün Azərbaycan Yazıçılar Birliyi ( AYB) və Avrasiya Sənət,Kültür, Elm və Ədəbiyyat Federasyonu ( ASKEF ) nun birgə layihəsi olan, Azərbaycan ədəbiyyatının tanınmış xanım şairəsi Nurəngiz Günün xatirəsinə həsr olunmuş “ Adın azadlıqdır “ adlı Güney Azərbaycan şeir antologiyasının təqdimat mərasimi keçirildi. Natəvan klubunda baş tutan tədbiri AYB nin Güney Azərbaycan şöbəsinin müdiri, layihənin rəhbəri Sayman Aruz giriş sözü ilə açdı. O, tədbir iştirakçılarını salamlayaraq, onlara dəvəti qəbul edib gəldikləri üçün minnətdarlığını bildirdi. Nəşrin cənubda yaşayan qələm sahiblərinin ictimaiyyətə tanıdılmasında zəruriliyini vurğuladı.
Sonra söz millət vəkili, yazar Qənirə xanım Paşatevaya verildi. Hər dəfə cənubi və şimali sözlərini işlədərkən ürək ağrısı keçirdirəm. Biz bir-birimizi yetəri qədər tanımırıq . Kaş ki, bu kitab üç-beş min tirajla çap olunsun, məktəb və universitet kitabxanalarına hədiyyə edilsin. Bir milləti birləşdirən güc dili və ədəbiyyatıdır. Bizim bu birlik gücünə çox ehtiyacımız var. Bu kitabın daha çox yayılmasından bu gücümüz arta bilər. Bu nəşrin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Əflatun Amaşov xalq dilinə yaxın yazan sənətkarların daha çox sevildiyini söyləyərək, Aşıq Qurbanidən və digər klassiklərdən nümunələr səsləndirdi. Kitabdakı şeirlərin şivəsinə toxunulmamasını müsbət hal kimi vurğuladı.
Nuridə Günün qızı, millət vəkili Jalə xanım poeziya işığına üz tutanları ürəkdən salamlayıb, onlara təşəkkürünü bildirdi. Bütöv Azərbaycan poeziyasevərlərini bir arada görməkdən məmnunam. Anam mənə o tayda yaşayan şairə Jalə İsfəhaninin adını qoymuşam deyərdi. Sənin dünyaya göz açmağına az qalmış çox sevdiyim o xanım SSRİ yə tədbirə gəlmişdi. Və mən günlərin bir günü kitabı vərəqləyərkən həmin şairənin adına rast gəldim. Keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. 75 illik sürgün həyatı yaşayan anam sərhədlərin yox olacağı, Azərbaycanın birləşəcəyi günə heç vaxt inamını itirmədi. Sonda Jalə xanım Bakı-Təbriz bayatılarından bir neçəsini səsləndirdi.
Sayman Aruz şeirlərin tərtibatında göstərdiyi xidmətə görə cənublu şair Dinməz Türkə təşəkkür etdi və sözü ona verdi. Dinməz bəy iki Azərbaycan ədiblərinin daha sıx təmasda olmasını arzuladı. Birliyimizçün ədəbiyyatın ən möhkəm körpü olduğunu söyləyən şair “ Yaşasın birliyimiz, yaşasın Bütöv Azərbaycan “ şüarını səsləndirdi.
“ Ədəbiyyat “ qəzetinin şöbə müdiri Sərvəz ... Nirəngiz Günün İ.Əfəndiyevdən sonra lirik-psixoloji məqamları ədəbiyyatımıza gətirən ustad olduğunu səsləndirdi.
Xəzər Emin 2005-ci ildə Stokholm şəhərində azərbaycanlıların konqresində tanış olduqlarını bildirdi. O, Nurəngiz xanımın ruh adamın olduğunu qeyd edərək, nisgilli, kədərli vətən həsrətli xatirələrini tədbir iştirakçılarıyla bölüşdü.
Xədicə Murad Nurəngiz Günün mənəvi övladı olduğunu söyləyərək, onun bütün obrazlarda gözəl olduğunu bölüşdü. Yegənə mənfi cəhəti pislik edə bilməməsi idi.
Güney Azərbaycandan gəlmiş Murtuza Salnami Bizdən haqlı gileyini bildirdi. O tayda elə şairlər var ki, dünya səviyyəsində tanınmağa layiqdir. Lakin sizdən bizə dəstək yetərincə deyil. Laqeydliyiniz bizi məyus edir. Müstəqil dövlətdə yaşayırsınız, kitab çap etdirmək üçün heç bir problem yaşamırsınız. Təxminən on beş il əvvəl bizə redaksiyalarda gülər, nə üçün türkcə yazırsınız deyə alay edərdilər. İndi vəziyyət az da olsa dəyişib. Doğma dildə kifayət qədər sanballı nəsr və nəzm əsərləri yaranmaqdadır. Çıxışının sonunda azadlığa həsr etdiyi şeirini qonaqlar üçün səsləndirdi.
Son olaraq Tarıyel Ümid qələm əhlinə şah rejimindən fərqli olaraq indi münasibətin azda olsa yumşaldığını qeyd etdi. Antalogiyanın nəşrini mühüm hadisə hesab edirəm.Axarıncı olmasını arzulayıram.
Son olaraq layihənin rəhbəri və redaktoru Sayman Aruz hamıya təşəkkür etdi və kitabın müzakirəsində gözlədiyini bildirdi.
Tədbir iştirakçıları xatirə şəkiləri çəkdirdilər.
Kəmalə Müslümqızı





