Daha bir səhiyyə rəzaləti: Göranboyda 21 yaşı gənci maşın vurdu, həkimlər yaxın durmadı
17-08-2015, 00:08
“Təqribən 1 saat bundan öncə, dayım oğlu Qasımov Toğrul Xətai oğlu Göranboy ərazisində avtomobillə vurulub. Hadisə baş verəndən sonra, əraziyə rayon xəstəxanasının əməkdaşları gəlməyiblər.” Avropa.info xəbər verir ki, bu sözləri saytın direktoru Ruslan Bəşirli facebook-da yazıb. “Hətta qohumlarım Toğrulu xəstəxanaya aparmalarına baxmayaraq, Göranboy Xəstəxanasının həkimləri yaralıya yaxın durmurlar. 21 yaşlı gənci xəstəxananın xəyətində torpaq yerə uzadıblar. Həkimlər xəstəni Bakıya aparmaq üçün maşın verməyiblər. Bu dəqiqələrdə aldığım məlumata görə isə n Göranboy rayon polisi xəstəxanaya gəlib və polis idarəsinin rəisi hadisəyə müdaxilə edəndən sonra, həkimlər təcili tibbi yardım maşını verməyə razı olublar.”