Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlərin ADLARI - I yeri müalicəvi Naftalan tutur

22-02-2018, 09:22           
Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlərin ADLARI - I yeri müalicəvi Naftalan tutur
Azərbaycanda 100 və daha yuxarı yaşlı sakini olmayan rayon və şəhərlər var.

Trend-in apardığı təhlillərə görə, 2017-ci il yanvarın 1-ə olan məlumata görə, Bakının Qaradağ, Gəncənin Nizami rayonunda, Ağstafa, Oğuz, Lerik, Beyləqan, Qobustan rayonları, Şirvan şəhərində yaşı 100 və daha çox olan sakin yoxdur.

2013-cü ildə Bakının Qaradağ rayonunda yaşı 100-dən çox olan 3 qadın olsa da, 2014-cü ildən sonra bu rayonda yaşı 100-dən çox olan uzunömürlü olmayıb.

Son 5 il əzində Gəncənin Nizami rayonunda yalnız 2015-ci ildə 3 qadın yaşı 100 və daha çox olan şəxs kimi qeydiyyata alınıb. Həmin ildən sonra bu rayonda həmin yaşda sakin yaşamayıb.

Ağstafa rayonunda 2013-cü ildə 5 nəfər yaşı 100-dən çox olan insan olsa da, 2017-ci ildə bu rayonda uzunömürlü olmayıb.

Oğuzda da yaşı 100 və daha yuxarı olan sakin sonuncu dəfə 2013-cü ildə qeydə alınıb.

2013-cü ildə 5 nəfər yaşı 100 və daha çox olan sakini olan Lerikdə ötən il bu yaşda sakin olmayıb.

Beyləqan rayonunda ötən il, Şirvan şəhərində isə son 5 il ərzində yaşı 100 və daha çox olan sakin olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru