Nazir varlı ailələrin gəlirini gizlətmək üçün əl atdığı üsullardan danışdı - VİDEO

11-03-2018, 21:09           

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Xəzər TV-də yayımlanan "Gündəm" proqramına danışıb.

Nazir bir sıra maraqlı məqamlara toxunub. Nazir bildirib ki, bir çox varlı ailələr öz gəlirini gizlətmək üçün öz adlarına olan avtomobilləri, mobil telefonları kasıb qohumlarının adına rəsmiləşdirir:

"Həmin kasıb ailələr də ünvanlı sosial yardım almaq üçün müraciət edəndə məlum olurdu ki, onun adına mülk var. Mən bu cür hallarla çox rastlaşıram. Gəlib deyirlər ki, mənə imtina verin. Deyirəm ki, niyə? Deyir ki "Burda yazılıb ki, mənim adıma avtomobil var. Mənim avtomobilim yoxdur. O mənim filan qohumumundur".

Qohumunundur? Onda qohumun adında avtomobil olduğu üçün sənə ayda pul versin, ya da zəhmət çək həmin maşını adından çıxartdır. Ondan sonra ünvanlı sosial yardım üçün müraciət et".BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru