Ekvador 5 neft-qaz mədənini satışa çıxarıb

14-03-2018, 07:12           
Ekvador 5 neft-qaz mədənini satışa çıxarıb
Ekvador 800 milyon dollar sərmayə cəlb etmək üçün xarici şirkətlərin satışına 4 neft və1 qaz mədənini çıxarıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Petroamazonas" şirkəti məlumat yayıb.

Söhbət "Quyabeno Sansauri", "Oso", "Yuralpa", "Vlanka Vinita" və "Amistad" layihələrindən gedir. Xidmət müqavilələrinin 10 illik müddətinə imzalanacağı planlaşdırılır.

Müqavilələrə görə ödənişlər neftin dünya bazarındakı qiyməti ilə bağlı olacaq.

Alqı-satqıya iyunda yekun vurulacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.