Sürücülərin nəzərinə! Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

14-03-2018, 07:14           
Sürücülərin nəzərinə! Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıacaq

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq martın 14, 15, 16-da saat 00:00-dan 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru