+18 saytlara giriş çətinləşir

14-03-2018, 07:16           

Porno saytlara giriş çətinləşdirilir.

TEREF.İNFO yenicag.az-a istinadən bildirir ki, artıq porno saytlara daxil olmaq istəyən şəxs yetkinlik yaşına çatdığını sübut etmək məcburiyyətində qalacaq.

Artıq bununla bağlı İngiltərədə yeni kampaniyaya start verilib. Məsələ burasındadır ki, əvvəllər porno saytlardan istifadə edənlər bir tuşla “18 yaşınız varmı?” sualına cavab verməklə istəklərini reallaşdıra bilirdilər. Lakin zamanla bu metodun heç də uyğun bir variant olmadığı müəyyənləşib.

Belə ki, artıq istifadəçi həqiqətən də 18 yaşa çatıb-çatmadığını sübut etmək üçün bir sıra şəxsi məlumatlarını paylaşmaq məcburiyyətində qalacaq. Bunun üçün passport və kredit kartlarındakı məlumatların tələb olunacağı istisna deyil. Mütəxəssislər bu vasitə ilə azyaşlıların porno saytlara girişini əngəlləməyi düşünürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru