Tural İrfan:"Hacı Şahin Həsənli Məhəmməd Peyəğmbəri şərləyir"
15-03-2018, 01:46

İlahiyyatçı Hacı Şahin Həsənlinin bu günlərdə yayımlanan müsahibəsində Novruz bayramının dini bayram olması hətta Məhəmməd Peyğəmbərin də Novruz bayramını qeyd etməsi fikirləri oxucular tərəfindın birmənalı qarşılanmayıb. Bu barədə Analoq.az-a danışan tanınmış ilahiyyatçı-yazar Tural İrfan facebook statusunda Hacı Şahin Həsənlinin məlum müsahibəsinə cavab verib. Analoq.az ilahiyyatçı-yazar Tural İrfanın həmin statusunu olduğu kimi təqdim edir: "Hacı" Şahin Həsənli deyib ki, Peyğəmbər də Novruz bayramı keçirərdi...Yalan deyir. Peyəğmbəri şərləyir.
Düzdür, Novruz bayramı baharın gəlişidir. Tarixi haqqında geniş mülahizələr var. Atəşpərəslik bayramıdır. Zərdüşt və Muğ dinlərdindən qalıb. Hind mənşəli dinlərdən də ünsürlər qatılıb. 4 çərşənbə 4 ünsürü ifadə edir və.s.
Xalqımız da İslamdan əvvəl atəşpərəst olduğu üçün həmin bayramı hələ də unutmayıb. Bir çox xüsusiyyətləri İslamla zidd olmadığı üçün keçirilməsinə qadağa yoxdur.
Papaq atmaq, qapı pusmaq, tonqaldan atlanmaq kimi xüsusiyyətlər islama da, adət-ənənələrimizə də ziddir. Türk qapı pusmaz, fala baxmaz. Bu farsdan keçib. Tanrıçılıqda tonqaldan atlanma olmayıb. Farslar oda sitayiş ediblər.
Xalqımız bu bayramın yaxşı xüsuslarını götürüb yaşatdığı üçün keçirilməsinə mane yoxdur.
Ancaq nəyinsə qanuniliyini isbatlamaq üçün peyğəmbərə Novruzu yapışdırmağın mənası yoxdur.
Deyir ki, Peyğəmbər Novruz keçirirdi. Gülməlidir. Yaxşı ki, deməyib, tonqaldan da atlanırdı.(əstəğfirullah, nəuzu billah.)
Analoq.az