Şamaxıda görünməmiş olay: müəllim 6 - cı sinif şagirdindən 102 - yə şikayət etdi

16-03-2018, 00:27           
Şamaxıda görünməmiş olay: müəllim 6 - cı sinif şagirdindən 102 - yə şikayət etdi
Rayonun 2 saylı məktəbin müəlliməsi 6 cı sinif şagirdindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib

Şikayətin səbəbi şagirdin dərs başlayan zaman sinfə daxil olarkən qapını çırpması olub. Bundan qəzəblənən məltəbin fizika müəlliməsi 102 polis xidmətinə zəng edərək şikayətçi olub.

Əməkdaşımız baş verən olayla bağlı müəlliməyə sorğular ünvanlandırıb. Müəllimə bildirib ki, şagird sinfə daxil olarkən qapını astaca örtməyib.

6 cı sinif şagirdinin polisə şikayət olunaraq cəzalandırmaq istəyən məktəb rəhbərliyinin bu qəribə davranışı bizi də düşündürür. Görəsən məktəbin təlim tərbiyyə işləri ilə məşğul olan zavuçu və ya psixoloq müəllimi hansı işlərlə məşğuldur? Bir uşağın qapını asta örtmədiyi üçün polisə şikayət olunaraq cəzalandırılması və məktəb müəlliməsinin etdiyi əmələ bəraət qazanması təhsilimizin hansı vəziyyətdə olduğuna nümünə sayıla bilər. (realliq.info)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru