Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq

25-03-2018, 11:02           
Azərbaycanda ehtiyat dərsliklər 2 fənn üzrə hazırlanacaq
Azərbaycanda ehtiyat dərsliklər I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanacaq.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli sərəncamına əsasən, Təhsil İnstitutu nəzdində yaradılmış Tədris Resursları Mərkəzi tərəfindən ehtiyat dərsliklərin hazırlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Artıq mərkəz tərəfindən mütəxəssislər cəlb edilməklə I-IV siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə dərsliklərin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər "eksperimental dərslik" sayılacaq. Nazirliyə dərslik təklif olunmadıqda, yaxud təklif olunmuş dərsliklərin keyfiyyəti qənaətbəxş sayılmadıqda, istifadəyə ehtiyat dərslik verilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru