Azərbaycanda iflas olan bank borclularına xəbərdarlıq edib

11-09-2015, 16:46           
Azərbaycanda iflas olan bank borclularına xəbərdarlıq edib
Məhkəmənin qərarı ilə müflis elan olunan “Evrobank” öz kreditorlarına müraciət edib. Fins.az-ın rəsmi mətbuata istinadən məlumatına görə, elanda deyilir:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2-1(81)- 3855/2015 saylı qərarına əsasən “Evrobank” ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması ilə əlaqədar iflas prosedurunda olan “Evrobank” ASC-nin kreditorları bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən, yəni 15 avqust 2015-ci il tarixdən 60 təqvim günü ərzində “Evrobank” ASC-yə qarşı yazılı şəkildə tələblərini irəli sürməlidirlər. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər.

-kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya təminat barədə məlumat.

Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. İflas prosesi “Evrobank” ASC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Plotnikov küçəsi, 21 saylı ünvanda həyata keçirilir. Kreditorlar tələblərinin qeydə alınması üçün göstərilən ünvanda ləğvedicinin nümayəndəsinə və ya birbaşa ləğvedici “Azerbaijan İnternational Consulting Company” MMC-nin Bakı şəhəri, M.Rahim küçəsi, 4a saylı ünvanda yerləşən ofisinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsi ilə ləğvedici “Azerbaijan İnternational Consulting Company” MMC-yə (nümayəndə Elçin Mustafayev) müraciət oluna bilər. Əlaqə nömrələri: (012) 539-47-22; (012) 539-73-17, Mob: (055) 211-25-57 İflas prosedurunda olan “Evrobank” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC»












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.