“Spar” marketlər şəbəkəsi qiyməti qaldırdı? - Cavab

4-07-2018, 16:25           
“Spar” marketlər şəbəkəsi qiyməti qaldırdı? - Cavab
“Ərikli” suyunun qiymətinin artması xəbəri yalandır. Hazırda onun satış qiymətində heç bir artım yoxdur.

Bu sözləri Axar.az-a “Spar” marketlər şəbəkəsində “Ərikli” suyunun qiymətinin süni şəkildə artırılması haqqında yayılan məlumatlara münasibət bildirən “Veysəloğlu” şirkətinin mətbuat katibi İlham Məmmədzadə deyib. O bildirib ki, sözügedən suyun qiymətində son 1 ay ərzində artım müşahidə olunmayıb.

İ.Məmmədzadə onu da qeyd edib, son iki gündə ölkədə işığın verilməsində yaranan problemlərlə əlaqədar olaraq, “Araz” və “Spar” marketlər şəbəkəsi gücləndirilmiş iş rejimində çalışır və müştərilərə daha yüksək xidmət etmək üçün hətta iş saatlarını da artırıb.

Qeyd edək ki, sosial şəbəkələrdə “Ərikli” suyunun qiymətinin son günlər baş verən hadisələrlə əlaqədar süni olaraq artırıldığı iddia edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru