Zəlzələnin yerini və vaxtını əvvəlcədən dəqiq demək olacaq – Yeni kəşf
5-07-2018, 23:32
Alimlər zəlzələni əvvəlcədən xəbər verməyin üsulunu kəşf ediblər.
Sfera.az xəbər verir ki, bunun üçün fiber-optik internet kabelinin çəkilməsi və müəyyən qədər elmi məlumatlar lazımdır. İsland tədqiqatçıları seysmik aktivliyin aşkarlanması və qiymətləndirilməsi üçün fiber-optik kabeldən istifadə ediblər. Tədqiqatlar zamanı məlum olub ki, internet və televiziyanın çəkilməsi üçün istifadə olunan fiber-optik kabel torpağın hərəkətinə və ilkin təkanlara qarşı çox həssasdır.
Almaniya Geofizika Tədqiqatlar Mərkəzindən olan həmkarları ilə tədqiqat aparan island alimlər ölçmə üçün iki elektrik stansiyası arasında fiber-optik kabel çəkiblər. Kabeldən keçən lazer şüası kabel boyu titrəyişlərin ölçülməsi üçün kifayət edib.
Zəlzələni əvvəlcədən xəbər verəcək yeni texnologiya sayəsində alimlər seysmik aktivliyin yeri və başlama vaxtını dəqiqliklə öyrənə biləcəklər. Bu insanların təhlükə barədə xəbərdar edilməsi və evakuasiyasını ciddi şəkildə qısaldacaq. Yeni texnologiya istismar üçün artıq Meksika və Yaponiya laboratoriyalarına göndərilib.