Qiymət artdı, bu dəfə də avtobus tapılmır: - Sərnişinlər yolda, sürücülər qəzəbli

8-08-2018, 09:36           
Qiymət artdı, bu dəfə də avtobus tapılmır: - Sərnişinlər yolda, sürücülər qəzəbli
Hər gün minlərlə insan ictimai nəqliyyatdan istifadə edir. Amma bu nəqliyyat sistemində vəziyyət heç də ürəkaçan deyil. Gün ərzində Bakı kəndlərindən şəhərin mərkəzinə minlərlə insan hərəkət edir. Ən böyük problemlərdən biri də məhz bu istiqamətdə fəaliyyət göstərən avtobuslarda yaşanır. Sakinlərin daha çox şikayət etdiyi avtobusların siyahısında Hövsan qəsəbəsindən “28 may” metrostansiyası istiqamətinə hərəkət edən 175 saylı marşurut da var. Bu marşurutun interval həddi 12 dəqiqə nəzərdə tutulub. Amma sərnişinlər avtobusu 18-20 dəqiqə gözləmək məcburiyyətində qalırlar. Bəzən interval o qədər uzanır ki, dayanacaqda sıxlıq yaranır. Bu isə sərnişinlər və sürücü arasında ciddi mübahisələr yaradır.

175 saylı avtobusun interval həddinin uzun olması səbəbi marşurutun say azlığı ilə də əsaslandırılır.

Maraqlıdır, hazırda nə qədər 175 saylı marşrut xəttə buraxılıb?

“BakuBus” MMC-nin mətbuat katibi Qabil Babayev Cebhe.info-ya açıqlamasında deyib ki, 175 nömrəli marşrut xəttinə hər gün sərnişin sıxlığından asılı olaraq 11-15 aralığında avtobus buraxılır:

“Belə ki, xətt üzrə gün ərzində 11-dən artıq avtobus hərəkət edir. Günün pik saatlarında isə sərnişin sıxlığı nəzərə alınaraq xəttə əlavə avtobuslar buraxılır. 175 nömrəli marşrut xətti üzrə avtobuslar qrafik üzrə təyin olunmuş intervala uyğun şəkildə hərəkət edir. Yollar açıq olanda bu marşrut xətti üzrə hərəkət edən avtobusların qrafikində ləngimə qeydə alınmır. Lakin bəzən tıxac, sıxlıq və yolların bağlanması halları qeydə alınır ki, bu da avtobusların ləngiməsinə səbəb olur. Avtobusların tıxac, sıxlıq və yolların bağlanması səbəbindən ləngiməsi isə “BakuBus” MMC-dən asılı deyil”.

Sözügedən avtobusun sayının artmasına gəlincə, qurum rəsmisi əlavə edib ki, hazırda 175 nömrəli marşrut xətti üzrə kifayət qədər avtobus fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.