Cəbrayılın işğalının acı gerçəkləri – “Kaş gözlərim kor olaydı…” təqdim olundu

19-08-2018, 09:12           
Cəbrayılın işğalının acı gerçəkləri – “Kaş gözlərim kor olaydı…” təqdim olundu
Bu gün Qarabağ müharibəsi veteranı, Xalq Hərəkatının fəallarından olan tanınmış ziyalı Vaqif Əlisoyun müəllifi olduğu “Kaş gözlərim kor olaydı…” adlı kitabıbının təqdimat mərasimi keçirilib.
Teref.az xəbər verir ki, “Azərkitab Kitab Mərkəzi”ndə baş tutan tədbirdə Xalq Hərəkatının fəalları, Qarabağ döyüşçüləri, qazilər və şəhid ailələrinin üzvləri, ziyalılar və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədrbiri Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu açaraq kitabla bağlı qısa məlumat verib.

Bildirilib ki, kitabda ötən əsrin sonlarında, 1988-ci ildən başlayan xalq hərəkatı dönəmində Rusiyanın himayəsi altında Ermənistanın Azərbaycan təcavüzündən, Qarabağın, o cümlədən Cəbrayılın işğalından bəhs edir. Milli mücadilə, torpaqlarımızın azadlığı, uğrunda qanlı döyüşlərin od-alovundan keçən müəllif, rayonun işğalı ilə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Eyni zamanda, müəllif bu hadisələrin Cəbrayılın işğalına apardığı yola müxtəlif istiqamətlərdən işıq salır.

Üç hissədən ibarət – “Cəbrayıl və 20 Yanvar həqiqətləri”, “Girov qızlarımız, sinəsi dağlanmış əsgərimiz” və “Kaş gözlərim kor olaydı…” adlı hissələrdən ibarət olan bu kitab, birbaşa hadisələrin mərkəzində olan canlı şahidin qələmə aldığı qanlı tariximizin bir parçasıdır.

Tədbirdə çıxış edənlər də kitabın müasir tariximiz, erməni vəhşiliyi və həmin dövrün hadisələrinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Onu da nəzərə çatdıraq ki, Vaqif Əlisoyun “Kaş gözlərim kor olaydı…” yazısı bir neşə il əvvəl Mia.az saytında silsilə şəklində yayımlanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru