Elman Rüstəmovun Federasiyasında maaş problemi: - "Gecikmə ola bilər..."

20-08-2018, 17:22           
Elman Rüstəmovun Federasiyasında maaş problemi: - "Gecikmə ola bilər..."
Daha bir federasiya maaş problemi ilə üzləşib.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbəri olduğu Şahmat Federasiyasında bir neçə aydır ki, maaşlar ödənilmir. Şahmatçılara yaxın zamanda problemin həll olunacağı deyilsə də, hələ də bir xəbər yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla əlaqə saxladıq.

BiG.AZ xəbər verir ki, Federasiya rəsmisi unikal.org-a danışarkən hazırda məzuniyyətdə olduğunu bildirsə də, bu gecikmənin kriminal hadisə olmadığını deyib:

"Mənim xəbərim yoxdur gecikmə olub, ya yox… Gecikmə ola bilər burada qeyri-adi nə var ki? Burada kriminal hadisə baş verməyib ki?!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru