Daha bir körpə əməliyyat zamanı öldü

22-08-2018, 11:50           
Daha bir körpə əməliyyat zamanı öldü
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2 yaşlı körpə əməliyyat zamanı ölüb.

Report xəbər verir ki, ölüm hadisəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.

Belə ki, 2016-cı il təvəllüdlü Yevlax rayon sakini Həsənəliyev Ayaz Vüsal oğlu ağır vəziyyətdə əvvəlcə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.

Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.

Dünyasını dəyişən uşağın meyiti analiz üçün Tibbi-ekspertiza laboratoriyasına aparılıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru