Daha bir məmurun əyləşdiyi masaya bayrağımız tərs qoyulub

25-08-2018, 16:37           
Daha bir məmurun əyləşdiyi masaya bayrağımız tərs qoyulub
Daha bir tədbirdə Azərbaycan Bayrağı tərsinə qoyulub.

“Azərişıq” ASC -nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin qarşısına qoyulan Azərbaycan Bayrağının düzgün vəziyyətdə olmaması Tanrıverdi Mustafayevin nədənsə vecinə də deyil.

Azərbaycan Respublikasının vətəndaşı olaraq, bayrağımıza sayğı göstərmək borcumuz olduğu qədər, dövlət məmurlarının Azərbaycan Bayrağının düzgün istifadə qaydalarını bilmələri bir o qədər də vacibdir.

Maraqlıdır ki, müxtəlif tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Byrağına sayğısızlıq hallarının baş verməsi birinci dəfə deyil. Artıq bu hal demək olar ki, ənənə halını alıbdır. Bu cür hallar daha çox yüksək vəzifəli məmurların qatıldığı tədbirlər zamanı baş verir. Bəyəm məmurlar bu qədərmi özbaşına və dövlət atributlarına qarşı məsuliyyətsizdirlər!?
sozcu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.