Aydın Əliyev ölkədə bahalaşmaya necə təkan verir... - Hər şey qapıda baş verir

30-09-2015, 10:29           
Aydın Əliyev ölkədə bahalaşmaya necə təkan verir... - Hər şey qapıda baş verir
Azərbaycanda avtomobil satışında ciddi azalma müşahidə olunur. Gürcüstanın Milli Statistika Komitəsi bir müddət əvvəl Azərbaycana ixrac olunan avtomobillərin sayının təxminən 5 dəfə azaldığını açıqlamışdı.

teref.az Azadliq.info-ya istinadən xəbər verir ki, Gürcüstandan avtomobil gətirənlər azalmanın səbəbini belə izah edirlər ki, Azərbaycanda əsasən ucuz maşınlara tələbat var, amma hökumətin qəbul etdiyi qaydalara görə, 2001-ci ildən əvvəlin istehsalı olan maşınların ölkəyə idxalına icazə verilmir. Həmçinin gömrükdə alınan məbləğ də çoxdur. Bütün bunlarla yanaşı, əsas səbəblərdən biri də Azərbaycanda son dövrlərdə əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bazarın bu seqmenti passiv bir dönəm yaşayır. Təşkilat rəhbəri buna ciddi səbəb kimi, manatın dollar qarşısında dəyər itirməsini göstərir. Həmçinin qeyd edir ki, avtomobil bazarında maşınların baha olması gömrükdəki ciddi maneələrin nəticəsidir: “Məsələn, 30 min manatlıq avtomobil daha ucuz sənədləşdirilir və əvəzində, maşını gətirəndən pul tələb olunur. Ölkədə belə ciddi problemlər var. Əhalinin alıcılıq qabiliyyəti maşınların qiymətinə adekvat deyil. Ona görə də belə problemlər yaranır. Bütün bunlar isə bir müddətdən sonra yollarda daha köhnə maşınların peyda olmasına səbəb olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru