İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

30-09-2015, 11:44           

İşləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri çərçivəsində nəzərdən keçirilir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsinin ödənildiyini diqqətə çatdırıb.

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.\trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru