Nəqliyyat Nazirliyinin ləğv olunma planı var?

1-10-2015, 11:08           
Nəqliyyat Nazirliyinin ləğv olunma planı var?
Yaxın vaxtlarda Nəqliyyat Nazirliyi ləğv olunacaq. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, nazirliyin səlahiyyətlərinin tədricən azaldılması da bununla bağlıdır.

Məlumat üçün deyək ki, "Azərbaycan Dəmir Yolları" QSC artıq rəsmən Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. "Azal" və Xəzər Dəniz Gəmiçiliyi İdarəsi isə faktiki olaraq müstəqil qurum kimi fəaliyyət göstərir. Sərnişindaşıma da demək olar ki, Nəqliyyat Nazirliyindən alınıb. Bakıda sərnişindaşıma Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Taksilərə lisenziya verilməsi isə ASAN Xidmətə tapşırılıb. Hazırda Nəqliyyat Nazirliyinin tərkibində qalan əsas qurum "Azəryolservis" ASC-dir. Bu qurumun da yaxın günlərdə müstəqillləşəcəyi bildirilir.

Məlumatda deyilir ki, Nəqliyyat Nazirliyinin digər səlahiyyətləri isə bu qurum ləğv edildikdən sonra İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Nəqliyyat naziri Ziya Məmmədovun taleyinə gəlincə, onun hər hansı vəzifəyə təyinatı barədə bilgi yoxdur. Bəzi iddialara görə, nəqliyyat naziri işsiz qalacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.