Binəqədi məmurlarının “paketi”ni kim kəsib?

1-10-2015, 13:19           
Binəqədi məmurlarının “paketi”ni kim kəsib?
Binəqədi İcra Hakimiyyətində "paket"lər kəsilib.

İcra başçısı Xaləddin İsgəndərova etirazlar baş qaldırıb. RİH-də Rahil Rəfiyevə də açıq şəkildə narazılıq olunur.
Şöbə müdirlərinə, müavinlərə verilən «paketlər» dayandırıldıqdan sonra, üsyan bayrağı açıblar. Onlar Xaləddin İsgəndərovu toplanan pulları özünə götürməkdə ittiham ediblər.
AzMedia.info yazıb ki, həmin «paketlər»ə arxayın olaraq kreditə bahalı evlər və maşınlar götürüblər. İndi isə «paketlər» kəsildiyindən böyük həcmdə olan kreditlərin aylıq ödəmələrini verə bilmirlər. Buna görə də acınacaqlı vəziyyət yaranıb.
Xaləddin İsgəndərovun müavinlərinə, şöbə müdirlərinə heç bir maliyyə işinə qarışmamaq şərtilə, aylıq “paket” verdiyi iddia olunurdu.
Rahil Rəfiyev Binəqədi İcra Hakimiyyətində rəsmi çalışmasa da, bütün maliyyə mənbələrinə o nəzarət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru