Kərəm Həsənovun qardaşına ismarıc var... - Özgəsindən yox, elə öz seçicilərindən...

1-10-2015, 17:27           
Kərəm Həsənovun qardaşına ismarıc var... - Özgəsindən yox, elə öz seçicilərindən...
Redaksiyamıza Cəlilabad rayonundan müraciət daxil olub. GUNDEMİNFO.AZ-a müraciət edən rayon sakinləri illərdir ki, deputatları olmuş, hazırda da Hakim Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Malik Həsənovu axtarırlar. Əslən cəlilabadlı olan Malik Həsənok həm də Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır.

Rayonda sosial qayğıları olan xeyli vətəndaş bildirir ki, YAP-ın yerli təşkilatında qərargahı olan Malik Həsənov heç imzatoplama kampaniyasına da gəlməyib. Onlar deputatın rayondakı seçki qərargahına baş çəksələr də, aldıqları cavab belə olub ki, Malik müəllim xaricdədir. Hətta qərargahdan namizədin hansısa görüşlər keçirməyəcəyi də deyilib.

Məlumatlara əsasən Malik Həsənovun bütün işlərinə Cəlilabadın icra başçısı Əziz Əzizov başçılıq edir. Birbaşa olaraq onun göstərişləri ilə rəqib namizədlərlə danışıqlar aparılır. M.Həsənov isə seçicilərinə etdiyi saymamazlığı davam etdirərək rayona gəlib, onlarla görüşmək niyyətində deyil…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.